» » Ölümlə hədələnən müğənni evini satır

Ölümlə hədələnən müğənni evini satır

Ölümlə hədələnən müğənni evini satır
Ölümlə hədələnən müğənni evini satır Müğənni Orxan Gəncəbay ölümlə hədələndiyi üçün evini satır.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 ay əvvəl samsunlu bir qrup gənc tərəfindən evinin qarşısında təhdid edilən ifaçı bundan narahat olub. Bilinməyən səbəblərdən Gəncəbaya söyüşlər yağdıran qrup üzvləri mühafizəçini döyərək Orxanı öldürəcəklərini deyiblər. Şübhəli şəxslər daha sonra saxlanılsa da, ifaçı onlardan şikayətçi olmayıb.

Hadisənin böyüdülməsini istəmədiyini deyən Orxan Gəncəbaya bu addımına görə qonşuları sərt reaksiya göstəriblər. Qonşularıyla arası gərginləşən müğənni illərdir yaşadığı mənzili 4, 5 milyon lirəyə satır.