» » Arda Turan toya hazırlaşdığı sevgilisindən ayrıldı - iddia

Arda Turan toya hazırlaşdığı sevgilisindən ayrıldı - iddia

Arda Turan toya hazırlaşdığı sevgilisindən ayrıldı - iddia
Arda Turan toya hazırlaşdığı sevgilisindən ayrıldı - iddia "Barselona"nın türk ulduzu Arda Turanın sevgilisi Aslıhan Doğandan ayrıldığı xəbərləri yayılıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, ikili arasında döymə səbəbindən dava düşdüyü deyilir. Aslıhan Ardanın doğum gününü qoluna tatu etdirmişdi. O, eyni şeyi Ardadan da istəyincə futbolçu bununla razılaşmayıb. Ondan sonra A.Doğan hələ ki Ardanı görmək üçün İspaniyaya getməyib.

Həmçinin, tez-tez fotolarını sosial mediadakı profillərində paylaşan ikili Sevgililər günündə özləri barəsində bir kəlmə də yazmayıblar.

Qeyd edək ki, cütlük iyunun 4-də toyları olacağını açıqlamışdı.