» » Məryəm Uzerli yenə də serialı yarımçıq qoya bilər: "Səhv etdim..."

Məryəm Uzerli yenə də serialı yarımçıq qoya bilər: "Səhv etdim..."

Məryəm Uzerli yenə də serialı yarımçıq qoya bilər: "Səhv etdim..."
Məryəm Uzerli yenə də serialı yarımçıq qoya bilər: "Səhv etdim..." "Möhtəşəm yüz il" serialını "tükənmişlik sindromu"na tutulduğu üçün yarıda qoyan Məryəm Uzerli sosial mediadakı paylaşımı ilə təəccübləndirib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət fasilə verdikdən sonra "Gecənin kraliçası" adlı serialla ekranlara dönən aktrisa uğursuzluğa düçar olub. İştirak etdiyi layihə ilk seriyadan etibarən tamaşaçıların diqqətini çəkə bilməyib və reytinqdə gözlənilən yeri tutmayıb.

Məryəm həm türkcə, həm də ingiliscə yazdığı mesajında yenidən "tükənmişlik sindromu" yaşaya biləcəyinin siqnalını verib:

"Yaradıcı bir dövrdəyəm. Bir səhv etdim və hazırda təcrübə yaşayıram. Amma yenə də Allaha təşəkkür edirəm, pis və ya yaxşı təcrübənin fərqi yoxdur. Çünki sənətçi üçün təcrübə çox vacibdir, ona inkişaf etməkdə, irəliləməkdə kömək olur. Səhv etməkdən qorxma".

Onun bu mesajı serialın uğursuzluğu ilə əlaqələndirilib. İddialara görə, serial bu reytinqlə davam etməli olsa, Məryəm layihəni yenə də yarımçıq qoya bilər.