» » "Kiralık aşk"da öpüş qadağası

"Kiralık aşk"da öpüş qadağası

"Kiralık aşk"da öpüş qadağası
"Kiralık aşk"da öpüş qadağası

Keçən il "Deliha" filmində birgə çəkildikdən sonra sevgili olan Güpse Özay və Barış Arduçla bağlı maraqlı iddia səsləndirilib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Gupse hazırda "Kiralık aşk" serialında rol alan sevgilisi Barışın tərəf müqabili Elçin Sanqu ilə adlarının birgə çəkilməsindən narahat olub.

Bunun üzərinə aktrisa ssenari heyətindəki dostlarından xahiş edib ki, səmimi və öpüş səhnələrindən istifadə etməsinlər. Onlar da G.Özayın xahişini yerə salmayaraq ssenaridə kiçik dəyişikliklər ediblər. Hətta bu hadisənin telekanal rəhbərliyinə kimi gedib çatdığı deyilir.