» » Sibel Can yaşını dəyişir

Sibel Can yaşını dəyişir

Sibel Can yaşını dəyişir
Sibel Can yaşını dəyişir Müğənni Sibel Can yaşının dəyişdirilməsi üçün məhkəməyə müraciət edib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, şəxsiyyət vəsiqəsində doğum tarixi 1964 göstərilən ifaçı onun 1970-ə dəyişdirilməsini tələb edir. Sibelin atası Engin Cangüre vaxtilə qızının kazinolarda çıxış edə bilməsi üçün onun yaşını 6 il böyüdüb və şəxsiyyət vəsiqəsinə 1964-cü il təvəllüdlü yazdırıb.

S.Can isə İstanbul Asliye Hüquq Məhkəməsəinə baş vuraraq yaşının 52 olmadığını və atası tərəfindən bilərəkdən dəyişdirildiyini bildirib. İddiaçının ərizəsində yazılıb:

“Sibel Canın anası Emine Gül Sezerlə atası Engin Cangüre 1969-cu ildə ailə qurublar. Əgər Can 1964-cü ildə dünyaya gəlsəydi, o zaman anasının 12 yaşı olurdu ki, bu da mümkün deyil. İşə yenidən baxılmasını tələb edirik”.