» » Müğənni polisləri hədələdi: "Sizi sürgün etdirərəm"

Müğənni polisləri hədələdi: "Sizi sürgün etdirərəm"

Müğənni polisləri hədələdi: "Sizi sürgün etdirərəm"
Müğənni polisləri hədələdi: "Sizi sürgün etdirərəm" Müğənni Hatice sərxoş halda avtomobil idarə etdiyinə görə sürücülük vəsiqəsindən məhrum olub.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Etilerdə polis yoxlamaları zamanı ifaçı əvvəlcə alkoqolmetrə üfürmək istəməyib. Yol polisinin təkidi ilə cihaza üfürən Haticenin 75 promill sərxoş olduğu üzə çıxıb. Sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınan Hatice polisə hədə-qorxu gəlməyə başlayıb.

O, “Siz mənim kim olduğumu bilirsiniz? Sizi sürgün etdirərəm. Pulunuz qurtarıb ki, vəsiqələrimizə əl qoyursunuz?” deyərək hay-küy salıb. Hatice daha sonra rəfiqəsini çağıraraq onun avtomobili ilə evə qayıdıb.