» » “Beyaz Show”la bağlı yeni qərar

“Beyaz Show”la bağlı yeni qərar

“Beyaz Show”la bağlı yeni qərar
“Beyaz Show”la bağlı yeni qərar “Kanal D”də yayımlanan “Beyaz Show” bu həftə də ekrana çıxmayacaq.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanalın yayımını dəyişdirməsi səbəbindən artıq qonaqları da bəlli olan veriliş təxirə salınıb. Sonuncu dəfə 3 həftə əvvəl ekranlara gələn şounun Ankaradakı terrorla əlaqədar olaraq yayımlanmadığı düşünülür. “Beyaz Show”nun yerinə isə “Hayat şarkısı” serialının təkrar bölümü ekranlara gələcək.

Qeyd edək ki, şounun bu həftəki qonaqları Ata Demirer, Cengiz Kurtoğlu, Şota Arveladze və Büşra Pekin olacaqdı.