» » Məşhur cütlük barışdı

Məşhur cütlük barışdı

Məşhur cütlük barışdı
Məşhur cütlük barışdı Boşanma prosesi davam edən Bade İşçil ilə Malkoç Sualpın barışması ilə bağlı xəbər yayılıb.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən xəbərinə görə, bir-birinə qarşı qaldırdıqları ağır ittihamlarla gündəmdən düşməyən cütlük yenidən eyni evdə yaşayır. Onlar ailələrini qorumaq qərarına gəliblər.

İki il əvvəl boşanmaq üçün məhkəməyə müraciət edən İşçil daha sonra qərarından imtina etmişdi. Amma qısa vaxt keçdikdən sonra problemlərini həll edə bilmədiyini deyən cütlük yenidən məhkəməyə üz tutmuşdu.

Oğulları Azurun vəlayətini almağa görə, yarışa girən Bade və Sualp bir-birinə qarşı maddi və mənəvi təzminat, təhqir kimi iddialar irəli sürmüşdü. 7 ay davam edən məhkəmə prosesindən sonra cütlük yenidən ayrılmaqdan imtina edib.

Onlar "Uşaq üçün yox, bir-birimizi sevdiyimizə görə barışdıq. Hələ boşanma ərizəsini geri götürmədik. Aramızdakı problemləri həll etdikdən sonra dəqiq qərarı verəcəyik" deyə bildiriblər.

Məşhur cütlük barışdı