» » Ardanın sözləri müğənnini əsəbiləşdirdi

Ardanın sözləri müğənnini əsəbiləşdirdi

Ardanın sözləri müğənnini əsəbiləşdirdi
Ardanın sözləri müğənnini əsəbiləşdirdi Müğənni Sinan Akçıl futbolçu Arda Turana əsəbiləşib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ardanın müsahibələrinin birində “Biz bu səviyyəyə həddimizi bilərək gəldik. Sənətçilərə güzəşt olur, amma futbolçulara yox. Hər şeyi istedadla əlaqələndirmək düzgün deyil. Dayanmadan üzərimdə işləyirəm” demişdi. Futbolçunun bu sözləri Sinanı hövsələdən çıxarıb.

S.Akçıl A.Turanın sözlərinə “Sənətçilərə də heç bir güzəşt olmur. Futbolçulardan heç fərqimiz yoxdur. Burada da bacarığın yoxdusa, qabağa gedə bilməzsən. İstedad 70%, üzərində işləmək isə 30% köməyə gəlir” cavabını verib.