» » "Ərimin xasiyyətini bildiyim üçün bunu soruşmuram"

"Ərimin xasiyyətini bildiyim üçün bunu soruşmuram"

"Ərimin xasiyyətini bildiyim üçün bunu soruşmuram"
"Ərimin xasiyyətini bildiyim üçün bunu soruşmuram"

"AİLƏMDƏKİ XOŞBƏXTLİYİ HEÇ NƏYƏ DƏYİŞMƏRƏM"

“Doktorlar” serialından Ela obrazı ilə tanınan, daha sonra isə iş adamı İzzet Özilhanla ailə qurub karyerasına son verən aktrisa Yasemin Özilhan müsahibə verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa sənətə gəlişindən və ailəsindən danışıb. O, heç bir universitet bitirmədən aktrisalığa başladığını və ilk dəfə “Koçum benim” serialında rol aldığını bildirib:

“15 yaşımda tanındım. “Koçum benim” serialıyla aktrisalığa başladım. Universiteti isə qayınanam Əminə xanımın istəyiylə oxudum. Uşaq vaxtı məktəbi bitirib universitetdə oxumağı vaxt itkisi sayırdım. İzzətlə tanış olduqdan sonra isə Əminə ananın məndən istədiyi ilk şey təhsil almağım oldu. Mənə “Oxuyandan sonra İzzətlə evlənəcəksən” dedi. 4 ayda imtahana hazırlaşıb universitetə qəbul oldum və İctimaiyyətlə Əlaqələr ixtisası üzrə diplomumu aldım. Əminə xanım mənə hər zaman ana olub. Uşaqlarıma o baxır”.

Yasemin İzzet Özilhanla necə tanış olmasından da bəhs edib:

“İzzət işi ilə əlaqədar Moskvada yaşayırmış. Orada mənim çəkildiyim “Aşk oyunu” serialını izləyib və məni bəyənib. Daha sonra “Doktorlar”da rol aldım. İzzətin bacısı çəkilişlər gedən xəstəxananın direktorudur. Məni bu dəfə “Doktorlar”da görür və tez-tez çəkiliş meydançasına gələrək mənimlə tanış olur. 9 ildir münasibətimiz əvvəlki sevgiylə davam edir”.

2 qız anası olan aktrisa yenidən aktrisalığa qayıtmaq ehtimalının olmadığını bildirib:

“Çəkilişlərin həsrətini çəkirəm. Amma ailəmdəki xoşbəxtliyimi heç nəyə dəyişmərəm. Yaxşı ssenari gəlsə belə, qəbul etmərəm. İzzət də istəmir. Xasiyyətini bildiyim üçün çəkilib-çəkilməmək barədə heç ondan soruşmaram da. Serialda çəkilsəm, evimdən uzaqlaşacam. Bu isə münasibətimizi dəyişəcək. İşdəki stress istər-istəməz evə təsir edəcək”.

"Ərimin xasiyyətini bildiyim üçün bunu soruşmuram"