» » Türkiyəli aktrisanın qaladakı toyundan fotolar

Türkiyəli aktrisanın qaladakı toyundan fotolar

Türkiyəli aktrisanın qaladakı toyundan fotolar
Türkiyəli aktrisanın qaladakı toyundan fotolar

Aktrisa Burcu Kara və rejissor Fırat Parlakın Belçikada baş tutan toyundan fotolar yayılıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, avqustda nişanlanan cütlüyün toyu fevralın 19-da Brüselldə kənddə, qalada baş tutub. Uşaqlıq dostları səbəbkarların nikah şahidləri olublar. B.Kara toyda modelyer rəfiqəsi Tuvana Büyükçınarın hazırladığı gəlinlik libasını geyinib.

Daha sonra üç gün sevdikləri ilə Brüggedə vaxt keçirən ikili bal ayını da qısa edib İstanbula dönüblər.

Qeyd edək ki, B.Kara "Haziran gecesi", "Tatar Ramazan" seriallarında, "Romantik komedi" filmində çəkilib. F.Parlak isə Tolqa Çevikin "Arkadaşım hoşgeldin" proqramında "səhnə arxasından danışan rejissor"u canlandırıb.

Türkiyəli aktrisanın qaladakı toyundan fotolar

Türkiyəli aktrisanın qaladakı toyundan fotolar