» » “İlişki durumu karışık”ın ulduzuna həbs cəzası

“İlişki durumu karışık”ın ulduzuna həbs cəzası

“İlişki durumu karışık”ın ulduzuna həbs cəzası
“İlişki durumu karışık”ın ulduzuna həbs cəzası

Hazırda "İlişki Durumu Karışık"da çəkilən Pamir Pekin içkili vəziyyətdə avtomobil istifadə etdiyi üçün 25 gün həbs alıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, polislər məşhur aktyoru saxladıqdan sonra alkoqol dərəcəsi yüksək olduğu üçün haqqında cinayət işi açılıb.

O, məhkəmədə içkili olduğunu etiraf edib:

"Lakin alkoqolun dərəcəsi çox yüksək çıxdı. Polislər də təəccübləndi. Dostlarla sadəcə bir şüşə rakı içmişdik".

Dövlət ittihamçısı P.Pekinin 2 illik həbsini tələb edib. İstanbul Cəza Məhkəməsi aktyorun günahını etiraf edərək peşman olduğunu, məhkəmə zamanı nümunəvi davranması və daha əvvəl heç ittiham olunmadığını nəzərə alaraq 25 gün həbslı kifayətlənib. Aktyor eyni günahı 5 il boyunca bir daha etməzsə, cəzası silinəcək.