» » Polis müğənnini qorumaqdan imtina etdi

Polis müğənnini qorumaqdan imtina etdi

Polis müğənnini qorumaqdan imtina etdi
Polis müğənnini qorumaqdan imtina etdi

ABŞ polisi ilə müğənni Beyons arasında ciddi problem yaşanır.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, bir neçə gün əvvəl Tenessedə bir polis evini güllə yağışına tutan silahlı dəstənin Beyonsdan ilham aldığını iddia edib. Buna səbəb isə ifaçının ayın əvvəlində "Super Bowl"dakı çıxışı göstərilib. Beyons həmin səhnədə zorakılığa məruz qalan zəncilərə mesaj verərək onların hüquqlarını qoruyan qeyri-qanuni dəstənin uniformasını geyinmişdi.

Buna qarşılıq olaraq ulduzun apreldə Tampada "Raymond Jones" stadionunda baş tutacaq konsertində onu qorumaq üçün heç bir polis könüllü olmayıb. Onların Beyonsu qorumağı rədd etmələrinə rəğmən polis idarəsinin mətbuat xidməti açıqlama yayıb:

"Hansı sənətçi və ya hansı siyasətçi olursa, olsun. Bizim bir cavabdehliyimiz var, nəticə olaraq vəzifəmizi yerinə yetirəcəyik".