» » Asena ilk dəfə boşanmasından danışdı

Asena ilk dəfə boşanmasından danışdı

Asena ilk dəfə boşanmasından danışdı
Asena ilk dəfə boşanmasından danışdı “Fənərbaxça”lı futbolçu Caner Erkindən boşanan Asena Atalay Kanal D-də yayımlanan “Renkli sayfalar” verilişinin qonağı olub.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, Asena ayrıldıqdan sonra ilk dəfə şəxsi həyatından danışıb. O, Canerlə boşandıqdan sonra aralarında heç bir mal-mülk söhbətinin olmadığını bildirib:

“Biz Canerlə yaxşı dostuq. Həftədə 2-3 dəfə görüşürük. Ayrılanda aramızda pul söhbəti olmadı. Bütün var-dövlətimiz, onsuz da, oğlumuz Çinar üçündür. Ailəmin maddi durumu çox yaxşıdır. Özəl məktəbdə oxuyub, xaricdə təhsil almışam. Boşandıqdan sonra da həyatım eyni şəkildə davam edir. Heç vaxt maddi problemim olmayıb”.

A.Atalay “Erkin” soyadından istifadə etməsi ilə bağlı keçmiş ərindən qadağa gəlməsi haqda yayılan xəbərlərə də aydınlıq gətirib:

“Canerin məndən heç vaxt belə bir tələbi olmayıb. İstəsəydim “Erkin” soyadından istifadə edərdim. Amma boşandıqdan sonra mənə “artıq Atalay oldun” dedilər, mən də razılaşdım. Öz soyadımı da sevirəm”.

Kanal D-də maqazin proqramına aparıcılıq edəcək Asena Caner Erkinin eşq həyatı ilə bağlı xəbərləri təqdim etməyəcəyini deyib:

“Canerlə bağlı eşq xəbəri olsa, təqdim etməyəcəyəm. Onun yanında olacaq qadın, əminəm ki, düzgün xanımdır. Caner mükəmməl insandır”.