» » "Muğamın səsi"ndə baş verəcəklər

"Muğamın səsi"ndə baş verəcəklər

"Muğamın səsi"ndə baş verəcəklər

"Lider" telekanalında yayımlanan “Muğamın səsi” verilişinin budəfəki qonağı muğam ifaçısı, Opera və Balet Teatrının solisti, gənc "Məcnun" İlkin Əhmədov olacaq.

Ucarliyiq.biz - in məlumatına görə, prezident təqaüdçüsü olan xanəndə sevilən mahnılar səsləndirəcək.

O, verilişdə muğam sənətindən, xalq mahnılarımızdan, təsniflərdən, onların kimlər tərəfindən dövrümüzə qədər gəlib çatmasından bəhs edəcək.

Aparıcılığını tarzən Humay Qədimovanın etdiyi verilişdə İ.Əhmədov teatrda oynadığı Məcnun obrazından da söz açacaq. H.Qədimova tamaşaçılara möhtəşəm proqram keçəcəyini bildirib.

Qeyd edək ki, proqrama tamaşaçılar bazar günü saat 22:00-da baxa biləcəklər.

"Muğamın səsi"ndə baş verəcəklər

"Muğamın səsi"ndə baş verəcəklər

"Muğamın səsi"ndə baş verəcəklər