» » "Hər addımım puldur" - Naibə Allahverdiyeva

"Hər addımım puldur" - Naibə Allahverdiyeva

"Hər addımım puldur" - Naibə Allahverdiyeva
Əməkdar artist Naibə Allahverdiyeva yeniliklərindən bəhs edib.

Ucarliyiq.biz - in məlumatına görə, aktrisa ATV-də yayımlanacaq “Qardaşlar” serialına çəkildiyini deyib:

“Serialdakı obrazımı çox bəyənirəm. Əvvəl seriallara çəkilmirdim. Amma yaradıcı heyətin kimliyini öyrənəndən sonra razılıq verdim. Bununla yanaşı başqa bir ekran işinə də təklif almışam. Orada mənə fərqli obraz – kənd qadını rolu deyilib. Əgər alınsa, çəkiləcəm”.

N.Allahverdiyeva rejissorlara iradlar da bildirib:

“İndi rejissor olmaq istəyənlər aktyorluq peşəsinə qeyri-ciddi yanaşırlar. Əvvəl seriallara çəkilmirdim. Gördüm ki, biz aktyorlar geri çəkildikcə, yeri başqa peşələrin sahibləri alır. Ofisiant, aşbaz gəlib aktyor olur. Mən də aktrisayam, efirdə görünməliyəm ki, tamaşaçı izləsin, yadında saxlasın. Yoxsa yoldan keçəni də seriallara çəkəcəklər. Bu da aktyorluq sənətinə zərbədir”.

Aktrisa aldığı qonorardan da söz açıb:

“Biz bahalı həyatda yaşayırıq. Hər şey olduqca bahadır. Ailənin tək başçısı mənəm, bütün yük üstümdədir. Aktisayam, göz önündəyəm hər addımım puldur. Ona görə də maaş vacibdir. Amma reallığı qəbul etmək lazımdır ki, seriallardan çox pul ala bilmirik. “Mən bu pula çəkilmirəm” deyib, kapriz edə bilmərik”.

Mənbə: </span