» » "İçəri şəhər" bədii filminin çəkilişləri yekunlaşır

"İçəri şəhər" bədii filminin çəkilişləri yekunlaşır

"İçəri şəhər" bədii filminin çəkilişləri yekunlaşır

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə istehsal olunan "İçəri şəhər" bədii filminin çəkilişləri başa çatmaq üzrədir.

Mədəniyyət və Turizm Nazirliyindən Ucarliyiq.biz-ə verilən məlumata görə, müasir gənclərin həyatından bəhs edən, dram janrında çəkilmiş "İçəri şəhər" filminin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar.

Mənbə: </span