» » Kənan və Sinemin toyu üçün yarışa girdilər

Kənan və Sinemin toyu üçün yarışa girdilər

Kənan və Sinemin toyu üçün yarışa girdilər
Kənan və Sinemin toyu üçün yarışa girdilər

Aktyor Kənan İmirzalıoğlu və aktrisa Sinem Kobalın mayın 21-də edəcəkləri toy üçün sponsorlar arasında mübarizə başlayıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, mayın 19-dan 22-dək dostlarıyla birgə Cunda adasında əylənməyi planlaşdıran cütlük indidən 3 oteli bağlayıb. Toya sponsor olmaq üçün bütün firma və şirkətlər təkliflər göndərib. İlin əsas toyunda adının keçməsini istəyən yemək, içki, yaxta, təşkilatçılıq firmaları bir-birindən cəlbedici təkliflərini irəli sürüblər.

Lakin Kənan gələn bütün əməkdaşlıqları rədd edərək toyunda sponsor adının keçməsini istəmədiyini deyib.