» » Həkiminin sözünü dinlədi və qərarını verdi

Həkiminin sözünü dinlədi və qərarını verdi

Həkiminin sözünü dinlədi və qərarını verdi
Həkiminin sözünü dinlədi və qərarını verdi Böyük Britaniyalı dizayner, futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem özü haqda radikal qərar qəbul edib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, 4 uşaq anası olan dizayner nə hamiləliyi, nə də adi günlərdə heç vaxt hündürdaban ayaqqabılarından vaz keçməyib. Lakin 41 yaşlı Viktoriya artıq hündür ayaqqabılar geyinməyəcəyini bildirib. Buna səbəb isə V.Bekhemə həkimlər tərəfindən xəbərdarlıq edilməsidir.

“The Telegraph” qəzetinə müsahibəsində Viktoriya deyib:

“Daha hündürdaban geyinməyəcəyəm. Çünki səyahətlərim çoxalıb və rahat olmalıyam”.

V.Bekhem illərdir geyindiyi hündür ayaqqabılar üzündən ayağını zədələyib. Belə ki, ayaq şəkli pozulan dizayner ötən il hətta buna görə əməliyyat olunmuşdu.