» » Evlənmə xəbərləri Kənanı əsəbiləşdirdi

Evlənmə xəbərləri Kənanı əsəbiləşdirdi

Evlənmə xəbərləri Kənanı əsəbiləşdirdi
Evlənmə xəbərləri Kənanı əsəbiləşdirdi Ötən həftə sevgilisi Sinem Kobalın evinə gedib onu ailəsindən istəyən aktyor Kənan İmirzalıoğlu əsəbiləşib.

Ucarliyiq.biz - in "Hürriyət"ə istinadən xəbərinə görə, aktyor jurnalistlər tərəfindən hər an izlənməkdən bezdiyini deyib.

Alış-veriş mərkəzində fotokameralara tuş gələn Kənan jurnalistlərin suallarını cavablandırıb:

"Bizim vəziyyətimiz "Biri bizi gözetliyor" verilişinə bənzədi. "Ailəsi gəldi, qızı istədi, üzük aldılar" kimi xəbərlərdən narahat oluram. Nəticədə biz də bir ailə olacağıq. Bu sevgili olmaq məsələsi deyil. Bir ailə qurmağa çalışırıq. Xahiş edirəm, buna hörmətlə yanaşın. Kosmosdan gəlmədik ki, biz də bu ölkənin övladlarıyıq. Ölkədə bu qədər problem olduğu halda, hər gün öz xəbərlərimi oxumaqdan utanıram".