» » Kıvanç Tatlıtuğ və Kənan İmirzalıoğludan etiraz: "Bu xəbərlərdən utanıram"

Kıvanç Tatlıtuğ və Kənan İmirzalıoğludan etiraz: "Bu xəbərlərdən utanıram"

Kıvanç Tatlıtuğ və Kənan İmirzalıoğludan etiraz: "Bu xəbərlərdən utanıram"
Kıvanç Tatlıtuğ və Kənan İmirzalıoğludan etiraz: "Bu xəbərlərdən utanıram"

Qısa müddət əvvəl nikah masasına oturan Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizerlə bal ayından olan fotoların mediada yayılmasını sərt tənqid edib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, o, ölkənin gündəminin belə xəbərlərlə zəbt edilməsini pisləyib:

"Ölkəmin belə qarışıq və kədərli zamanlarını düşünərək, həm nikahım, həm də bal ayım sırf xəbər olmasın, gündəmi məşğul etməsin deyə, hər şeyi ən səssiz halda etməyə çalışdım. Amma mənim və ekran siması sayılmayan həyat yoldaşımın özəl görüntülərini bizə hörmət göstərmədən yayan jurnalistləri qınayıram".

Eyni reaksiyanı aktyor Kənan İmirzalıoğlu da sevgilisi, aktrisa Sinem Koballa barəsində çıxan xəbərləri tənqid edib:

"Hər şeyi izləyirlər. "Ailəsi gəlsi, qız istədi, üzük aldılar...". Nəticədə biz də bir ailə quracağıq, kosmosdan gəlməmişik, biz də bu ölkənin vətəndaşıyıq. Ölkənin dərdi başından aşır, amma mən öz xəbərlərimi oxumaqdan utanıram".