» » Bahalı paltarlarını məhəlləsində payladı

Bahalı paltarlarını məhəlləsində payladı

Bahalı paltarlarını məhəlləsində payladı
Bahalı paltarlarını məhəlləsində payladı “Barselona” oyunçusu Arda Turan İspaniyada məşhur brendlərin cəmləşdiyi mağazadan 25 min avroluq alış-veriş edib.

Ucarliyiq.biz gecce.com-a istinadən xəbər verir ki, libaslarını əynində yoxlamadan alan futbolçu evdə gözlənilməz sürprizlə qarşılaşıb. Ardanın aldığı bahalı paltarların heç biri əyninə olmayıb. Futbolçu paltarları mağazaya qaytarmaq əvəzinə, onları Türkiyədə böyüyüb boya-başa çatdığı məhəllədəki dostlarına və qonşularına göndərib.

Bundan başqa, A.Turan geyinmədiyi 20 çamadan paltarını da məhəlləsində ehtiyacı olanlara yollayıb.