» » Və… Möcüzə olmadı

Və… Möcüzə olmadı

Və… Möcüzə olmadı
Və… Möcüzə olmadı


Əvvəllər səni sevirdim, dəlicəsinə,
Sən bunu anlamırdın… Bilmirəm, bəlkə də, bu, taleyinə nazındı. Anlamırdın sevginin məhvedici gücünü. Əvvəllər… Səni sevirdim… Bəs sonra? Nifrət etdim vəhşicəsinə. Səni görmək istədim, bu qədər nifrətimlə gördüm, Yenə qəlbimdə sağalmaq üzrə olan bir yaranı qanatdım. Sənə nifrət edirdim, yenə də narahatdım. İndi, yoxsan, yox oldun. Ürəyimdən adını təmizlədim bir anda. Çoxdan ölmüş sevgini torpağa basdırmayıb, möcüzə gözləyirdim.
Və… Möcüzə olmadı. Ölü sevgi yox olub, ürəyimdə qalmadı, Gömdüm onu torpağa, Yeni bir həyat qurdum, Sənli xatirələri, acı xatirələri vurdum, yıxdım, uçurdum, Yoxsan sən! ''Sən'' adlı xəstəlikdən sağalmışam nəhayət.Nə xəstəyəm, nə də key, Ona sevinirəm ki, vaxtında bitdi hər şey…