» » Aktrisadan gözlənilməz etiraf: "12 yaşında zorlanmışam"

Aktrisadan gözlənilməz etiraf: "12 yaşında zorlanmışam"

Aktrisadan gözlənilməz etiraf: "12 yaşında zorlanmışam"
Aktrisadan gözlənilməz etiraf: "12 yaşında zorlanmışam".

36 yaşlı aktrisa və model Ceymi Kinq (Jaime King) müğənni Ledi Qaqanın "Oskar" mükafatlandırma gecəsindəki çıxışından sonra gözlənilməz etiraf edib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, L.Qaqa səhnədə ağ piano arxasına keçərək oxuduğu "Til It Happens to You" ("Başına gəlmədikcə...") adlı mahnısı ilə ABŞ-dakı universitet yataqxanalarında baş verən zorlanma hadisələrinə işarə etmişdi. Həmin gecə "Oskar"ı qazanmasa da, ifaçının çıxışı bir çoxları kimi Ceymini də təsirləndirib. O, hisslərini belə ifadə edib:

"Təşəkkürlər, Ledi Qaqa... İllərcə bu sirlə mənəvi zorlanmaya məruz qaldıqdan sonra nəhayət ki, həqiqətən də, sağaldığımı hiss etdim. Bunu söylə bildiyim bir neçə insan olduğu üçün təşəkkürlər.. Özümə təşəkkür edirəm ki, bunu jurnalların üz qabığı üçün hekayə etmədim... Ruhuma, bədənimə, ağlıma, hisslərimə, içimdəki uşağa, gəncliyimə təşəkkürlər, səni sevirəm... İndi azadam. Çünki hiss etdim ki, səssizliyim yaşananlara kömək olmur və bunu dəyişdirməyimə yaramır.... 12 yaşımda zorlanmışdım".

Qeyd edək ki, L.Qaqa da daha əvvəl 19 yaşında zorlandığını etiraf etmişdi.