» » Məşhur kino ulduzu dünyasını dəyişdi

Məşhur kino ulduzu dünyasını dəyişdi

Məşhur kino ulduzu dünyasını dəyişdi
Məşhur kino ulduzu dünyasını dəyişdi Amerikalı aktyor Corc Kennedi 91 yaşında dünyasını dəyişib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, bir aydır, xəstəxanada müalicə alan aktyorun ölüm xəbərini nəvəsi Kori Skenkel yayıb. “Dəmir barmaqlıqlar arxasında” (“Cool Hand Luke”) və “Çılpaq silah” (“Naked Gun”) filmlərinin qəhrəmanının uzun müddət əvvəl həyat yoldaşı Coanı itirəndən səhhətində problem yaranıb.

Qeyd edək ki, Corc Kennedi “Dəmir barmaqlıqlar arxasında” filminə görə 1968-ci ildə “Ən yaxşı köməkçi aktyor” titulunu alıb. Bundan başqa o, “Zəlzələ” (“Earthquake”) və “Hava limanı” (“Airport”) filmləriylə də məşhurdur.

Atası musiqiçi, anası rəqqasə olan Corc sonuncu dəfə 2014-cü ildə “Qumarbaz” (“The Gambler”) filmində çəkilib.