» » Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)

Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)

Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)
Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - fotolar Aktrisa Cennifer Lourenslə 10 illik evliliyini keçən il bitirmək qərarına gələn aktyor Ben Afflek maqazin gündəmindən düşmür.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, Qarnerin "Vanity Fair" jurnalında aktyoru tənqid etməsindən az keçməmiş keçmiş nişanlısı, müğənni Cennier Lopez də onun haqqında fikirlərini bildirib.

Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)


Fərqli dönəmlərdə Benin sevgilisi olan hər iki qadın aktyorun "orta yaş depressiyası" sindromuna girdiyini iddia ediblər.

Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)

Ben Afflek bir müddət əvvəl "Live by night" filminin Los-Ancelesdəki çəkiliş meydançasında görünmüşdü. O gün aktyorun kürəyində rəngarəng simurq quşu tatusu diqqətlərdən qaçmamışdı.

Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)


Ben Afflek ilə yollarını ayıran Cennifer Qarner də müsahibəsində bu tatu haqda "bizim məhəllədə belə vəziyyətlərdə "Allah ağıl versin" deyirlər" söyləmişdi.

Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)


Afflek ilə evliliyindən üç uşaq sahibi olan Qarner bu barədə fikrini belə davam etdirib:
"Simurq quşu öz küllərindən doğulub. Bu ssenaridə kül mənəm? Mən bu mesajdan belə başa düşdüm. "Kül" olmağı qəbul etmirəm.

Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)


2002-2004-cü illərdə aktyorla nişanlı olan Cey Lo həmin döymə haqda belə deyib:

"Qorxuncdur. Mən olsam soruşardım ki, "sən nə edirsən belə?. Orada çoxlu rəng var. Əslində, Benin döymələri həmişə rəngli olub, amma artıq bir az ağır olmaq lazımdır.

Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)

B.Afflek və C.Qarner 2005-ci ildə evlənərək üç uşaq sahibi olublar. Həmin ərəfədə aktyorun uşaqlarının dayəsi Kristine Ouzonianla münasibət yaşadığı deyilirdi.

Keçmiş sevgilisi və həyat yoldaşı aktyoru təklədilər - (FOTO)


Sevgili olduqları vaxt "Bennifer" adlanan Afflek və Lopez cütlüyü həmin ərəfədə "Gigli" adlı filmə çəkilmişdilər. Amma film tarixin ən uğursuz layihələrindən sayılır.