» » Sevda formada qalmağının sirrini açıqladı

Sevda formada qalmağının sirrini açıqladı

Sevda formada qalmağının sirrini açıqladı

Müğənni Sevda Yahyayeva “Həyat Tərzi” verilişinin qonağı olub.

Ucarliyiq.biz - in məlumatına görə, sənətçi formada qalmağının sirrini açıqlayıb:

"İdman vasitəsilə formada qalıram. Həftədə 3 gün idmana gedirəm. Bunu artıq həyat tərzimə çevirmişəm. Günümün 2 saatını idmana sərf edirəm. Əvvəl 58 kiloqram idim. 4 kiloqram atmışam. Hədəfim 50 kiloqram olmaqdır".

Bu yay dincələ bilmədiyini deyən ifaçı "Konsertimlə əlaqədar yayda heç yerə gedə bilmədim. Buna görə də tətilimi qışa saxlamışam. On gün xarici ölkələrdən birində istirahət edəcəm" deyə, bildirib.

S.Yahyayeva yeni mahnı hazırladığını bildirib:

"Həmin mahnını ekranlaşdıracam. Kliplə birlikdə təqdim edəcəm. Ona görə də mahnının adını gizli saxlayıram".

Mənbə: </span