» » Elton Con oğullarını 280 milyonluq mirasından məhrum etdi

Elton Con oğullarını 280 milyonluq mirasından məhrum etdi

Elton Con oğullarını 280 milyonluq mirasından məhrum etdi
Elton Con oğullarını 280 milyonluq mirasından məhrum etdi Dünya şöhrətli musiqiçi Elton Con həmcinsi Devid Fernişlə olan oğulları ilə bağlı mühüm qərar qəbul edib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, musiqiçi övladlarının gələcəkdə onun çoxmilyonluq sərvətinə heç bir iddia edə bilməyəcəklərini deyib. Bununla da Elton onları əməyə və müstəqil yolla pul qazanmağa öyrəşdirməyə çalışdığını söyləyib:

“İstəyirəm ki, oğlanlarım özləri pul qazanmağı öyrənsinlər. Əlbəttə, istəmərəm, onların nəyəsə ehtiyacları olsun. Başa düşməlidirlər ki, onlar adi ailədə böyüyürlər və normal həyatları ola bilər. Biz Devidlə onlara əməyə hörməti öyrədəcəyik. Mənim özüm indi nə qazanmışamsa, hamısı öz zəhmətim hesabına olub. Uşaqlarım da öz pullarını özləri qazanmalıdırlar”.

Qeyd edək ki, 280 milyon dollarlıq sərvəti olan Elton Con və Devid Ferniş gələcəkdə övladlarının bu mirasdan məhrum edilməsi haqda vəsiyyət də hazırlayıblar. Onlar bu pulu xeyriyyə təşkilatlarına bağışlayacaqlar.