» » Xərçəng xəstəsi olan müğənnidən şad xəbər

Xərçəng xəstəsi olan müğənnidən şad xəbər

Xərçəng xəstəsi olan müğənnidən şad xəbər
Xərçəng xəstəsi olan müğənnidən şad xəbər Uzun müddətdir xərçənglə mübarizə aparan müğənni Naşide Göktürkdən şad xəbər var.

Ucarliyiq.biz - in “Hürriyet”ə istinadən məlumatına görə, albom hazırlığı zamanı qəflətən halı pisləşən və xəstəxanaya yerləşdirilən sənətçi “Facebook” hesabından sevənlərinə müjdə verib. O, “Şükür və təşəkkürlə, günaydın həyat! Sabahınız xeyir, dostlar...” yazıb.

Naşide Göktürk 8 Martda çıxacaq albomu haqda da məlumat verib:

“Çətin bir sınaqdan sonra nəhayət evimdəyəm. Albomum bir həftəyədək satışa çıxacaq. Bir neçə dəfə səsyazma studiyasından təcili yardımla xəstəxanaya yerləşdirildim, amma iradəmi itirmədim. Albom mənim xoşuma gəldi. Ümid edirəm siz də bəyənəcəksiniz”.