» » Keçmiş arvadıyla Petek Dinçözü səhv saldı - foto

Keçmiş arvadıyla Petek Dinçözü səhv saldı - foto

Keçmiş arvadıyla Petek Dinçözü səhv saldı - foto
Keçmiş arvadıyla Petek Dinçözü səhv saldı - foto Müğənni İbrahim Tatlısəs boşandığı həyat yoldaşı Ayşegül Yıldızla müğənni Petek Dinçözü səhv salıb.

Ucarliyiq.biz “Hürriyet”ə istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə Ayşegülə eşq elan edib. Ana-uşaq şəklini paylaşan Tatlısəs “Bir ana uşağına nə qədər bağlıdırsa, mən də sənə o qədər bağlı və aşiqəm... Mən “qurtardı” deməmişəmsə, heç nə bitməz” sözlərini yazıb.

Qısa müddət sonra fotodakının Ayşegül yox, Petek Dinçöz olduğu üzə çıxıb. Saysız şərhlərdən sonra İbrahim Tatlısəs şəklə “Bu şəkli Petek Dinçözə aid olduğunu bilmədən qoydum. Bunu foto təmsil kimi seçmişdim. Səhv başa düşməyin” izahını verib.

Qeyd edək ki, İbrahimlə Ayşegülün Elif Ada adlı bir qızı var.

Keçmiş arvadıyla Petek Dinçözü səhv saldı - foto