» » Berenlə Hülyanın heykəli qoyulacaq

Berenlə Hülyanın heykəli qoyulacaq

Berenlə Hülyanın heykəli qoyulacaq
Berenlə Hülyanın heykəli qoyulacaq Mərkəzi Londonda yerləşən mum heykəl muzeyi olan Madam Tüsso İstanbulda da açılacaq.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, muzeylər şəbəkəsinin idarəçisi “Merlin Qrap onun bir şöbəsini də Türkiyədə yaradacaq. Dünyanın hər yerində şöbələri olan Madam Tüssoda indiyədək Mustafa Kamal Atatürk, Elvis Presli, Barak Obama, Madonna, Bred Pitt, Ledi Qaqa, “The Beatles” qrupunun və başqalarının mum heykəlləri qoyulub. Muzeyin Türkiyə şöbəsi İstanbulda Bəyoğlu səmtində alış-veriş mərkəzlərinin birində yerləşəcək. Artıq qardaş ölkədə ilk kimlərin heykəllərinin qoyulacağı da müəyyənləşib.

Belə ki, Demet Akbağ, Hülya Avşar, Kıvanç Tatlıtuğ, Beren Saat və Mazhar Fuat Özkan ilklər arasındadır. Londondan gələn heyətin onlarla görüşməyə və ölçülərini almağa başladıqları da deyilir.