» » Azərbaycanda sevgi dramı: “YOX” cavabına görə özünü öldürdü - TƏFƏRRÜAT

Azərbaycanda sevgi dramı: “YOX” cavabına görə özünü öldürdü - TƏFƏRRÜAT

Azərbaycanda sevgi dramı: “YOX” cavabına görə özünü öldürdü - TƏFƏRRÜAT

İntihar edən gəncin məktubu tapılıb.

Martın 4-nə keçən gecə Zərdab rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub. 

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, 1998-ci ilin 22 yanvar tarixində anadan olmuş Məmmədov Sərxan Arif oğlu sevdiyi qızdan “yox” cavabı aldığı üçün həyatına qəsd edib.
 
Bildirilib ki, 18 yaşını yenicə tamam etmiş Sərxan yaxın qohumlarından birinin qızını sevirmiş. O, Qazaxıstanda yaşayan qızla mütəmadi əlaqə saxlayırmış və onunla mesajlaşırmış. Qıza sevgisini elan edən gənc oğlan əsgərliyə yola düşmək ərəfəsində ondan cavab almağa çalışırmış. Bu günlərdə həmin qızdan “yox” cavabı alan S.Məmmədov dərin sarsıntı keçirib və intihar etmək qərarına gəlib.
 
Dünən axşam ailə üzvləri evdə televizora baxarkən S.Məmmədov həyətə düşüb və özünü talvardan asaraq intihar edib. Gecə saatlarında onun yatağında olmadığını görən yaxınları həyətə düşəndə dəhşətli mənzərə ilə üzləşiblər.
 
18 yaşlı Sərxan intihar etməzdən əvvəl ailə üzvlərinə məktub yazıb. Yataq otağından tapılan məktubda o, intiharına görə kimsənin günahkar olmadığını deyib və bir xahişinin sevdiyi qızın valideynlərinə çatdırılmasını xahiş edib: "Xahiş edirəm, onun valideynlərinə deyin ki, onu sevdiyi şəxsə versinlər, sevmədiyi adamla evlənməyə məcbur etməsinlər".
 
Qeyd edək ki, S.Məmmədovun sevdiyi qıza yazdığı mesajlar da aşkar edilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.