» » "Nurgülün gediş səbəbini desəm, pis hadisələr baş verər"

"Nurgülün gediş səbəbini desəm, pis hadisələr baş verər"

"Nurgülün gediş səbəbini desəm, pis hadisələr baş verər"
"Nurgülün gediş səbəbini desəm, pis hadisələr baş verər"

Türkiyəli aktyor Erkan Petekkaya "Paramparça" serialından tərəf müqabili Nurgül Yeşilçayın uzaqlaşması ilə bağlı açıqlama verib.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, aktyor Nurgülün öpüşmə səhnələri və onunla küsülü olması ucbatından ekran işindən getməsi xəbərlərini yalanladı:

"Öpüşmə ilə bağlı heç bir mübahisələr olmayıb. Nurgülün serialdan getməsində mənim günahım yoxdur. Bunlar hamısı yalandır, tək hədəf hamını təəccübləndirməkdir. Gerçəyi mən deyə bilmərəm, yoxsa çox pis hadisələr baş verər. Hamı öz taleyini özü yazır. Gerçək o qədər pisdir ki, danışsam yer yerindən oynayar. Mən bunu etmərəm".