» » "Kösəm Sultan" və "Gecenin kraliçesi" üçün final qərarı

"Kösəm Sultan" və "Gecenin kraliçesi" üçün final qərarı

"Kösəm Sultan" və "Gecenin kraliçesi" üçün final qərarı
"Kösəm Sultan" və "Gecenin kraliçesi" üçün final qərarı

Türkiyənin ən böyük büdcəli seriallarından sayılan "Möhtəşəm yüz il: Kösəm Sultan"ın bitəcəyi dəqiqləşib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, dörd il boyunca reytinqlərdə liderlik edən "Möhtəşəm yüz il"in davamı kimi nəzərdə tutulan layihə ilk gündən etibarən gözlənilən nəticəni əldə edə bilməmişdi. Aktrisa Beren Saatın vaxtından əvvəl seriala daxil olması reytinqlərə təsir etməmişdi. Hülya Avşarın obrazı isə tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.

Serialın xarici telekanallara birillik satışı edildiyi üçün uğursuzluğa rəğmən davam etdirilirdi. Ancaq Star TV sonda qəti qərar verib.

Beləliklə, "Kösəm Sultan" mayın 12-də 26-cı seriyası ilə ekranlara vida edəcək.

Məryəm Uzerli və Murad Yıldırımın baş rollarda oynadığı "Gecenin kraliçesi"nin də bitəcəyi vaxt dəqiqləşib. Bir neçə gün əvvəl 13-cü seriyada bitəcəyi deyilən serial 15-ci seriyada, aprelin 19-da final edəcək.