» » Ərdoğanın qızı nişanlandı

Ərdoğanın qızı nişanlandı

Ərdoğanın qızı nişanlandı
Ərdoğanın qızı nişanlandı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan nişanlanıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentin qızının nişanlısı İnsansız Hava Vasitəsi emal edən “Baykar Makina”nın sahibi Özdemir Bayraktarın oğlu Səlcuq Bayraktardır. 36 yaşlı Səlcuq Massaçusets Texnologiya Universitetində doktorant təhsili alır. 11 ildir öz şirkətlərində işləyən S.Bayraktar bir çox layihələrin milli olaraq təkmilləşdirilməsi işində iştirak edib.

O, ötən ilin dekabrında Roketsan şirkətinin təkmilləşdirdiyi nüvəni atmış və hədəfi 100 % vuraraq uğura imza atmışdı.