» » Təyyarədə dava saldı, məcburi eniş edildi

Təyyarədə dava saldı, məcburi eniş edildi

Təyyarədə dava saldı, məcburi eniş edildi
Çex model Zaneta Hucikova uçduğu təyyarədə aləmi bir-birinə qatıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, pişiyini gizlicə əl çantasında təyyarəyə keçirən model stüardessaların bunu görməsindən sonra mübahsiə salıb. Stüardessalar pişiyi ayaqyoluna qoymaq istəyərkən isə Zaneta onlarla davaya başlayıb. O hətta təyyarəni qəzaya düşürəcəyi ilə bağlı təhdidlər edib.

Çex modelin “hünəri” bununla da bitməyib. O, pilot kabinindəki səlahiyyətli qadına yumruq belə atıb. Davanın miqyası böyüdüyündən təyyarə yaxınlıqdakı hava limanına enməli olub.

Zaneta polis tərəfindən saxlanılıb və ifadəsi alınıb.

Təyyarədə dava saldı, məcburi eniş edildi

Mənbə: </span