» » Nurgül Yeşilçayın "söyüş söyməsi və içki içməsi" haqda açıqlama

Nurgül Yeşilçayın "söyüş söyməsi və içki içməsi" haqda açıqlama

Nurgül Yeşilçayın "söyüş söyməsi və içki içməsi" haqda açıqlama
Nurgül Yeşilçayın "söyüş söyməsi və içki içməsi" haqda açıqlama

Aktrisa Nurgül Yeşilçayın serialdan söyüş söyməsi və içki içməsinə görə ayrılması haqda iddialara cavab gəlib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisanın meneceri Gülistan Tartar sosial media hesabından açıqlama yayaraq bütün bunların yalan və böhtan olduğunu vurğulayıb:

"Renkli sayfalar" proqramı Nurgül Yeşilçay ilə bağlı yalan və böhtan dolu bir xəbərə imza atıb. Serial sahəsi həqiqətləri yaxşı bilir. Nurgül serialdan ədəb-ərkanıyla ayrılıb. O, dözülməz bir şəraitdə işləməməyi seçdi. Ayrılığından 2 ay sonra məqsədi bəlli olan bu böhtan, yalan xəbərləri yayanları, bundan özlərinə xeyir güdənləri qınayırıq. 8 mart Dünya Qadınlar Günündə hətta bir ana və Türkiyənin öndə gedən aktrisalarından olan Nurgül Yeşilçayın da təcavüzə məruz qalması bir nümunədir".