» » 15 ildir itkin düşən adamı ailəsi filmdə gördü - foto

15 ildir itkin düşən adamı ailəsi filmdə gördü - foto

15 ildir itkin düşən adamı ailəsi filmdə gördü - foto
15 ildir itkin düşən adamı ailəsi filmdə gördü - foto

Keçən il nümayişə girən "Mandıra filozofu: İstanbul" filmi 15 ildir itən oğullarını axtaran ailəyə ümid verib.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, təsadüfən filmdə yer alan Ahmet Özaydını görən ailəsi yaradıcı heyətdən kömək istəyib. Çəkiliş meydançası olan küçədə Özaydın üç saniyəlik epizodu ilə ailəsinin diqqətini çəkib.

Özaydının ailəsi illərdir axtardıqları oğullarını tapmaq üçün aktyor Mehmet Çepiçden kömək istəyiblər. Filmin prodüseri Birol Güven "küçə çəkilişlərində görülüb icazə alındıqdan sonra filmə çəkilib, agentlikdən göndərilən aktyorlar arasında yoxdur. Çəkilişdən iki il keçib, indi onu necə tapacağımızı bilmirəm" deyib.

Qeyd edək ki, "Mandıra Filozofu İstanbul" filminin baş rolunda Müfit Can Saçıntı çəkilib.

15 ildir itkin düşən adamı ailəsi filmdə gördü - foto