» » 2 yaşlı Viktoriya Bekhem - foto

2 yaşlı Viktoriya Bekhem - foto

2 yaşlı Viktoriya Bekhem - foto
2 yaşlı Viktoriya Bekhem - foto Britaniyalı dizayner Viktoriya Bekhem uşaqlıq fotosunu paylaşıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı dizayner anası Ceki Adamsın ad günü münasibətilə sürpriz edib. O, 2 yaşında ikən anası ilə dəniz sahilində bikinidə çəkdirdiyi fotosunu İnstaqram hesabında yerləşdirib. O, şəklə “Biz səni çox sevirik. Ailəmiz adından milyonlarla öpüş göndəririk” sözlərini yazıb.

Viktoriyanın bu fotosu qısa zamanda minlərlə izləyici tərəfindən bəyənilib.

İstifadəçilərin nəinki körpə Viktoriyanın möhtəşəm görünüşü, eyni zamanda anası Cekinin gözəlliyi də çox xoşuna gəlib.

2 yaşlı Viktoriya Bekhem - foto