» » Rafetlə Ceren arasında uşaq davası

Rafetlə Ceren arasında uşaq davası

Rafetlə Ceren arasında uşaq davası
Rafetlə Ceren arasında uşaq davası Türkiyəli müğənni Rafet El Romanla 1,5 il əvvəl evləndiyi həyat yoldaşı Ceren El Roman arasında uşaq davası çıxıb.

Ucarliyiq.biz xarici KİV-ə istinadən xəbərinə görə, Ceren ana olmaq istəsə də, Rafet buna razılaşmır. Bu haqda Ceren mediaya açıqlamasında deyib:

"Hər zaman ana olmaq istəmişəm. Bu mənim ən böyük arzularımdan biri idi. Amma Rafet ata olmaq istəmədiyini deyir. Ruh halı dəyişib və belə bir qərar aldı. Onu başa düşürəm, 3 uşağı var. Onlara baxmaq məsuliyyətli işdir. Amma mən də gəncəm, ana olmalıyam".

Qeyd edək ki, Rafetin ilk evliliyindən 2 qızı, Yeşim Eryıldırımdan isə bir oğlu var.