» » "Kişiliyini qadınlığım üzərində taclandıra bilməzsən" - Nurgül

"Kişiliyini qadınlığım üzərində taclandıra bilməzsən" - Nurgül

"Kişiliyini qadınlığım üzərində taclandıra bilməzsən" - Nurgül
"Kişiliyini qadınlığım üzərində taclandıra bilməzsən" - Nurgül Türkiyəli aktrisa Nurgül Yeşilçay "Paramparça" serialından getməsi ilə bağlı müsahibə verib.

Ucarliyiq.biz - in "Hürriyət"ə istinadən xəbərinə görə, aktrisa həmkarı Erkan Petekkayanın onun ünvanına dediyi sərt sözlərə münasibət bildirib:

"Bitən bir şeyin arxasınca danışmaq mənim sevdiyim hərəkət deyil. Mən də danışmadım. Qarşılıqlı verilən bir qərar idi. 52-ci seriya bitəcəkdi və biz yolumuza davam edəcəkdik. Amma qarşı tərəf davamlı bir şeylər dedi. Ən sonra isə "Gerçək səbəbləri desəm, Nurgül küçəyə çıxa bilməz" söylədi. Xoşuma gəlmədi. Üz qızardacak bir günah işləmişəm kimi danışdı. Əgər danışırıqsa, sona qədər danışaq".

Yeşilçay "Erkan Petekkaya ssenaridəki öpüşmə səhnələrini canlandırmaq istəməyib" sualına əsəbiləşib:

"Ötən mövsüm "Mən sənlə sevgili oynaya bilmirəm" dedi. Bu il isə lap sərtləşdi. Mən də "Niyə?" deyə soruşdum. Nəticədə mən aktrisayam, lezbiyan da, həyat qadını obrazını da oynamışam. Aktyorlar hər rolun öhdəsindən gələ bilməlidir. Petekkaya da "Sən başa düşərsən" cavabını verdi. Sonra bu narahatlığı daha da irəlilədi. Mənsə əhəmiyyət verməməyə çalışdım. Obrazımı gerçək çatdırmağa can atıram. Eşq nümayiş etdirirəmsə, qəhrəmanın gözünün içinə baxmalıyam. Bu serialdan yüzlərlə insan pul qazanır. Kənardan serialı izləyərkən sünii görünürdü. İki sevgilinin münasibəti əl-ələ tutmaqdan o tərəfə keçməlidir. Deyirdim ki, bu qəhrəmanlar öpüşməlidirlər. Amma kişi baş rol ifaçımız istəmir. Hətta mənə "Ooo... Sən öpüşməyə nə çox can atırsan? Sən onsuz da bu hallara öyrəşmisən" deyə sözlər atır. Rejissorumuz var, amma oradakıları idarə etməyi bacarmır. Əslində serialın gerçək rejissoru kaprizlərə dözə bilməyib, ötən il ayrıldı. Erkan Petekkaya nə deyirsə, rejissor gülür, qəbul edir".

Nurgül Petekkayanın "Məni Anadolu da izləyirlər. Kamera qarşısında öpüşə bilmərəm" iddialarına cavab verib:

"Bu sadəcə bir bəhanədir. Bundan əvvəlki serialda arvadına təcavüz etdi, övladını döydü, bir insanı öldürdü... Bunları Anadolu izləmirdi? Bəlkə də "Bir kişi bunları edə bilir, amma sevdiyi qadını öpməz" demək istəyir. O, məni incitməyə, alçaltmağa çalışır. Amma sən öz kişiliyini mənim qadınlığım üzərində taclandıra bilməzsən. Mən buna icazə vermərəm. Pulumuzu halallıqla qazanmalıyıq. Bir-birimizi sevməyimiz məcbur deyil. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Çəkiliş meydançasında söyüşlər söyür, təhqir edir, qışqırır... Rejissorsa bunları gülərək qarşılayır. O, hər şeyi başqa cür düşünür. Deyir ki, əgər serial üçün öpüşürsənsə, qadın məni real həyatda da istəməlidir. Onun dərdi bu idi. Mənimsə dərdim, aldığım qonorarın haqqını vermək, reytinq toplamaqdır. Sonrada çıxıb haqqımda nə gəldi danışır. Reytinq düşən kimi birinə ləkə yaxmaq lazım idi. Bu da mən oldum. Amma mən "başına vur, loxmasını al" tipindən deyiləm. Hələ üstəlik yaradıcı heyət üstümə gəldi ki, ondan üzr istə. Niyə istəyim? Heç vaxt... Çəkiliş zamanı yüzlərcə qadın bu kimi hallarla rastlaşır. Birlik olub, belə hərəkətləri aradan qaldırmalıyıq".