» » "Məndən boşansa, intihar edərəm"

"Məndən boşansa, intihar edərəm"

"Məndən boşansa, intihar edərəm"
"Məndən boşansa, intihar edərəm"

1995-ci ilin “Türkiyə gözəli” müsabiqəsində 2-ci yerə çıxan model Ceyda Sabah müğənni əri Coşkun Sabaha qarşı boşanma ərizəsi yazıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna Ceydanın həyat yoldaşının telefonunda başqa qadınlarla sevgi mesajlarını oxuması səbəb olub. Mesajları məhkəməyə sübut kimi təqdim edən keçmiş model ərindən 1 milyon lirə (təxminən 500 min manat) maddi, 1 milyon lirə isə mənəvi təzminat tələb edib. Coşkun Sabah isə boşanma haqqında bunları deyib:

“Ceyda şirkətə aid telefondakı mesajları görüb mənim yazdığımı başa düşür. Amma onları mən yazmamışam, şirkət işçilərinin yazışmalarıdır. Hər .eyi səhv başa düşdüyünü ona izah etməyə çalışıram. İnanıram ki, ərizəsini geri götürəcək. Həyat yoldaşımı, uşaqlarımı çox sevirəm. Mən onlar olmasa, yaşaya bilmərəm. Ceyda məndən ayrılsa, intihar edərəm”.

Qeyd edək ki, Coşkun Sabah bu açıqlamasından bir neçə saat sonra Ceyda ilə birlikdə Kubatla Funda Ararın konsertində görüntülənib. Cütlük “Problemi həll etdik. Səhv başa düşülmə olub”, - deyə açıqlama verib. Coşkun hətta konsert zamanı Ceydanın gözlərinin içinə baxaraq “Anılar” (“Xatirələr”) mahnısını oxuyub.

"Məndən boşansa, intihar edərəm"