» » Aktrisanın sözlərinə görə çəkildiyi serialın yayımı dayandırıldı

Aktrisanın sözlərinə görə çəkildiyi serialın yayımı dayandırıldı

Aktrisanın sözlərinə görə çəkildiyi serialın yayımı dayandırıldı
Aktrisanın sözlərinə görə çəkildiyi serialın yayımı dayandırıldı Türkiyənin ATV kanalında yayımlanan “Ailə işi” serialı layihədə rol alan aktrisa Füsun Demirelin açıqlamalarına görə yayımını dayandırıb.

Ucarliyiq.biz - in “Hürriyet”ə istinadən məlumatına görə, aktrisa ötən gün müsahibəsində “Dağa çıxan terrorist qızı və ya terrorist anası obrazında çəkilmək istəyərəm. Cavanlığımda da ən böyük arzum dağa çıxmaq idi, atam qoymadı” açıqlamasını vermişdi.

Füsunun bu sözləri sosial şəbəkə istifadəçilərin sərt reaksiyasına səbəb olmuşdu. Elə bu açıqlamalar üzündən F.Demirelin çəkildiyi “Ailə işi” serialı da tənqid olundu. Buna görə, serialın bu həftə yayımının dayandırılmasına qərar verilib.