» » "Eurovision" qalibi münsifləri döndərə bilmədi - video

"Eurovision" qalibi münsifləri döndərə bilmədi - video

"Eurovision" qalibi münsifləri döndərə bilmədi - video
Rusiyanın "Səs" ("Qolos") yarışmasının yeni mövsümünün ilk buraxılışı yayımlanıb.

Ucarliyiq.biz - in məlumatına görə, əvvəlki illərdə münsiflər heyətində oturan Dima Bilan bu dəfə sürpriz etmək üçün səhnəyə çıxıb. Ancaq yeni münsiflər heyətindən heç kim ona tərəf dönməyib.

Tamaşaçılar Dimanı bu cəsarətinə görə alqışlayıblar.

Qeyd edək ki, ORT telekanalında yayımlanan "Qolos" ("Голос") proqramında "Eurovision" iştirakçısı Polina Qaqarina, müğənni Qriqoriy Leps və repçi Basta münsiflər kürsüsündə əyləşir.

Onlar Pelageya, Leonid Aqutin və Dima Bilanı əvəz ediblər. Əvvəlki 3 mövsümdə iştirak edən ifaçı Aleksandr Qradskiy isə əvəz olunmayıb.

Xatırladaq ki, D.Bilan Rusiyanı 2 dəfə "Eurovision"da təmsil edib. 2009-cu ildə ölkəsini yarışmada qalib edib.

<iframe style="WIDTH: 675px; HEIGHT: 391px" height="315 src=https://www.youtube.com/embed/_5vKZzbgjQU" frameborder="0" width="560" allowfullscreen=""></iframe>

Mənbə: </span