» » Bakı metrosunda qatarların hərəkəti dayandırıldı, ölən var

Bakı metrosunda qatarların hərəkəti dayandırıldı, ölən var

Bakı metrosunda qatarların hərəkəti dayandırıldı, ölən var

Bakı metrosunda qatarların hərəkətində ləngimə baş verib.

Ucarliyiq.biz xəbər verir ki, sərnişinlərin Trend-ə verdiyi məlumata görə, “Memar Əcəmi” stansiyasından “Dərnəgül” və “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarlar 20 dəqiqədir ki, dayanıb. Sərnişinlərin sözlərinə görə, Metropoliten işçiləri qatarların hərəkətinin dayanması ilə bağlı heç bir məlumat vermir.

“Bakı Metropoliteni” QSC-dən faktı təsdiqləyiblər və qeyd ediblər ki, bu gün səhər saatlarında 39 saylı marşrut qatarında “Azadlıq” stansiyasında olarkən nasazlıq yaranıb.

QSC-dən bildirilib ki, sərnişinlər boşaldılıb və qatar depoya gedib. Bir qatar xətdən çıxdığı üçün interval bu qədər uzanıb. Depodan onun yerinə qatar verilib.

Bu dəqiqələrdə isə “28 May” stansiyasında 18-20 yaşında bir oğlan özünü qatar reyslərinin üstünə atıb. Onun öldüyü bildirilir.

Mənbə: </span