» » "Mahsun Kırmızıgül, lal olmusan?"

"Mahsun Kırmızıgül, lal olmusan?"

"Mahsun Kırmızıgül, lal olmusan?"
"Mahsun Kırmızıgül, lal olmusan?"

Ankarada bir neçə gün əvvəl 37 nəfərin ölümüylə nəticələnən terror hadisəsi ölkə gündəmini tutub.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, bir çox məşhur da baş verənlərə səssiz qalmayaraq terroru lənətləyən, dünyasını dəyişənlərə rəhmət bildirən paylaşımlar ediblər, bu ərəfədə olan konsertlərini təxirə salıblar.

Bir neçə ay əvvəl Türkiyənin cənub-şərqində terrorçulara qarşı əməliyyatları tənqid edən müğənni Mahsun Kırmızıgül isə səssizliyini qoruyub. İzləyicilər "Mahsun Kırmızıgül, niyə susursan? Əsgərimizə, polisimizə və vətəndaşlarımıza gəlincə lal olmusan?" yazaraq ifaçını tənqid ediblər.