» » "İnstaqramda adımdan istifadə edənləri tapıb, başa saldım ki..."

"İnstaqramda adımdan istifadə edənləri tapıb, başa saldım ki..."

"İnstaqramda adımdan istifadə edənləri tapıb, başa saldım ki..."
Müğənni izzət Bağırzadə bir müddətdir sosial şəbəkələrin istifadəçisinə çevrilib.

Ucarliyiq.biz - in məlumatına görə, sənətçi "ATV Maqazin" verilişində açıqlamasında İnstaqramda çox foto paylaşan həmkarlarına irad tutub:

"Müğənnilər gündə 50 şəkil paylaşırlar. 24 saat ərzində nələr edirlərsə, hamısını izləyicilərlə bölüşürlər: mən ayaqqabımı geyinirəm, filan yerdəyəm. Mən sosial şəbəkədən istifadə edirəmsə, çalışıram orada abırlı-həyalı, adıma layiq formada olum. Klip çəkilişindən, getdiyim yerdən fotolar paylaşıram. Bəzilərinin paylaşımına baxanda dəhşətə gəlirəm ki, axı bunun yeri yoxdur. Əvvəl İnstaqramda yox idim. Adıma çox səhifələr açılırdı. Hətta ikisini tapıb, başa saldım ki, belə şey olmaz".

İ.Bağırzadə sentyabrın 18-də "Yaşıl Teatr"da baş tutacaq solo konsertindən də danışıb:

"12 il dalbadal konsert etmişəm, heç bir əziyyət çəkməmişəm. Amma indiki konsertimin işi çox çətindir. Konsertdə heç bir yerli həmkarım olmayacaq. Ona görə də Türkiyədən qonaq çağırmışam. Cəmi bir geyimdə olacam".

Qeyd edək ki, İ.Bağırzadənin konsertinə biletlərin qiyməti 10 manatdan 50 manata qədərdir.

"İnstaqramda adımdan istifadə edənləri tapıb, başa saldım ki..."

Mənbə: </span