» » Məşhur modelyerlə bağlı sirr açıldı: casus imiş...

Məşhur modelyerlə bağlı sirr açıldı: casus imiş...

Məşhur modelyerlə bağlı sirr açıldı: casus imiş...
Məşhur modelyerlə bağlı sirr açıldı: casus imiş...

Fransanın xüsusi xidmət orqanları əfsanəvi modelyer Koko Şanel haqda sirrləri açıblar.

Ucarliyiq.biz - in xarici KİV-ə istinadən məlumatına görə, o, İkinci Dünya Müharibəsi dövründə nasist agenti işləyirmiş. İnformasiya məxfilikdən çıxardılmış sənədlərlə aşkarlanıb.

Ekspertlər qeyd edir ki, Şanel 1942-1943-cü illərdə alman attaşesində işləyən və kəşfiyyat fəaliyyəti olan baron Günter fon Dinklaqenin məşuqəsi olub. Modelyerin adı alman kəşfiyyatında "Abver" kimi qeyd olunub. Fransa xüsusi xidmət orqanları bildirib ki, Şanel vacib məlumatları nasistlərə ötürür, həmçinin onlar üçün bəzi tapşırıqları yerinə yetirirmiş.

Arixivin qorunmasından məsuliyyətli olan Frederik Kuqinerin fikrincə, dizayner alman agenti kimi şübhələnməmək üçün hər şey edib. Digər məlumatda isə Şanelin 10-dan çox casus əməliyyatında yer alması deyilir.

Qeyd edək ki, minlərlə nasist casusunun sənədləri indiyə qədər Parisin şərqində olan Vensen qalasında saxlanılıb.

Məşhur modelyerlə bağlı sirr açıldı: casus imiş...

Məşhur modelyerlə bağlı sirr açıldı: casus imiş...

Məşhur modelyerlə bağlı sirr açıldı: casus imiş...