» » Müğənnin həyat yoldaşı və qızı arasında miras davası

Müğənnin həyat yoldaşı və qızı arasında miras davası

Müğənnin həyat yoldaşı və qızı arasında miras davası
Müğənnin həyat yoldaşı və qızı arasında miras davası

Mərhum müğənninin qızı Bəstə Haravan ögey anası İpək Açara üçüncü məhkəmə davasını açıb.

Ucarliyiq.biz - in Türkiyə mətbuatına istinadən məlumatına görə, Bəstə sağlığında atasının ondan mülk gizlətdiyini iddia edərək İpəkin adına olan evdən pay istəyib. O, həmin evin sənədlərinin ləğvini tələb edir.

İ.Açarın vəkili isə iddiaları əsassız adlandırıb.

Qeyd edək ki, daha əvvəl atasının sərvətinin siyahıya alınması üçün məhkəməyə müraciət edən Bəstə onun xanımı haqda sərt sözlər işlətmişdi. İpək Açarın məhkəmədə Kayahanın bank hesabından götürülən pulların nəvəsi Obenin (Bəstənin oğlu – red.) təhsili üçün xərcləndiyini iddia etməsi qarşı tərəfi özündən çıxarıb. Bəstə İpəyə sosial şəbəkədə bunları yazmışdı:

“Həyatımıza qara bulud kimi çökdün. 17 yaşında “Mahnı oxumaq istəyirəm” adı ilə gəlib atamın ailəsini dağıtdın...".