» » "Toplasan, həyatımda heç 5 nəfər də olmaz"

"Toplasan, həyatımda heç 5 nəfər də olmaz"

"Toplasan, həyatımda heç 5 nəfər də olmaz"
"Toplasan, həyatımda heç 5 nəfər də olmaz" Alkoqol asılılığı üzündən 2013-cü ildə ayağını itirən tanınmış aktyor Yalçın Menteş keçirdiyi çətin həyatından danışıb.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Söylemezsem olmaz” verilişinə qonaq olan aktyor içkinin onun ailəsini dağıtdığını və həyatını məhv etdiyini bildirib:

“Bu hala düşmüşəm, amma heç kim məni “niyə içirdin” deyib ittiham edə bilməz. İçki içərkən ətrafımda 500, xəstələnəndə isə 200 nəfər var idi. İndi isə həyatımda toplasan, heç 5 nəfər də olmaz. Mənə boşandığım həyat yoldaşım baxır. 56 yaşım var, təxminən 5 ildir ekranlardan uzaq düşmüşəm. Bu səbəbdən də maddi problemim var”.